Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bugünkü iclasında partiyanın növbədənkənar parlament seçkilərində namizədlər siyahısı qəbul edilib...

Yenicag.az xəbər verir ki, YAP-ın siyahısında bir çox yeni namizədlər yer alıb. Həmin namizədlərdən biri də 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Samir Vəliyevdir.

Qeyd edək ki, S. Vəliyev ölkənin ən tanınmış biznesmenlərindən biri Əhməd Vəliyevin oğludur. Xatırladaq ki, Əhməd Vəliyevin ailə biznesi təkcə bağlanılan “Muğan Bank”la bitmir. Milli Məclisin deputatı, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır.

Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyev geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, ASC və “Oksigen” klinikasını idarə edirlər. Rektorun oğlu Samir Vəliyev Təhsil Nazirinin Müşaviri olanda ata-bala “diplom biznesi” ilə milyonlar qazanırdılar.

Məlumat üçün qeyd edək ki, Samir Vəliyev əvvəl Elm və təhsil nazirinin müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb və bu yolla milyonlar qazanıb. Hətta iddialara görə, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə külli miqdarda pul qazanıb.

Samir Vəliyevi sabiq təhsil naziri Mikayıl Cabbarovun müəmmalı müşavirlərindən biri hesab etmək olar. Böyük biznes imperiyasına malik olan Ə.Vəliyev oğlunu nazirlikdə yüksək nüfuza malik olan bir şəxsin vasitəsilə vəzifəyə yerləşdirə bilmişdi. Bu təyinatı Cabbarovun könülsüz etməsi barədə hamı danışır. Müşavir vəzifəsinə təyinatdan bir müddət sonra Cabbarov Samir Vəliyevi nazirlikdə “Peşə və orta ixtisas təhsili məktəbləri” sektoruna müdir təyin etdi. Burada da özünü doğrultmayan Vəliyevi, nazir vəzifəsindən kənarlaşdırıb, özünə yenidən müşavir təyin etdi.

Uzun sözün qısası, Əhməd Vəliyevin ailə üzvlərinə, oğlanlarına məxsus olan Londonda, Türkiyədə və Avropanın müxtəlif ölkələrində yerləşən və dəyəri yüz milyonlarla ölçülən mülklərin mənbəyi hələ də sual altındadır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Ən çox oxunanalar